11:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il ərzində də Bakı şəhərinə elektrik avtobuslarının daxil edilməsi gözlənilir”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuat konfransında Teleqraf.com-un sualına cavab olaraq deyib.

“Ötən il ərzində ölkəyə “Bakubus” tərəfindən 160 avtobus gətirlib ki, onlar da sərnişinlərin xidmətindədir.
Cari ildə 200 ədəd elektrikli avtobusun təşkili nəzərdə tutulur. Burada minimal saydan söhbət gedir. Ola bilsin ki, bu say qeyd edilənin üzərində olsun. Hələlik əsas hədəf cari il ərzində ölkədə avtobusların yığılmasının təşkil və yerli istehsalçıdan əldə olunmasıdır”,- nazir müavini qeyd edib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər