12:23
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda çörəyin qiymətində artım gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün un idxal vergisindən azad edilməlidir.

“Biz verginin müvəqqəti dayandırılmasını və çörək istehsalçılarına çörəyin qiymətini saxlamağa imkan verilməsini tələb edirik. Bu, bizə çörəyə olan qiyməti sabit saxlamağa imkan verəcək”, - M.Dolidze söyləyib.

Assosiasiya rəhbəri qeyd edib ki, vergi aradan qaldırılmasa, çörəyin qiyməti 10-15 tetri arta bilər.

M.Dolidze deyib ki, unun qiymətində artımın olmasına baxmayaraq, hazırda ölkədə çörəyin qiyməti dəyişməz olaraq qalmaqdadır.

Qeyd edək ki, ötən ilin sonunda Gürcüstanda unun qiymətində artım olub. Belə ki, əla növ unun 50 kiloqramlıq kisəsinin qiyməti 52 laridən 53-54 lariyədək yüksəlib. Qonşu ölkənin əsas un tədarükçüsü Rusiyadır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər