Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ramşteyn formatında keçirilən görüşdən sonra Ukrayna ilə bağlı mənfi əhval-ruhiyyənin olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə “RMF FM” radiostansiyasının efirində danışıb.
Onun sözlərinə görə, bu, döyüş əməliyyatlarında mövcud çətinliklər və ukraynalıların artıq münaqişədən yorulması ilə bağlıdır.
"Ukraynada vəziyyət çox çətindir, müharibənin yorğunluğu çox böyükdür və insanlar artıq bundan yorulub”, - deyə nazir bildirib.
Qeyd edək ki, ötən gün Almaniyanın Ramşteyn aviabazasında Kiyevə hərbi dəstəyin əlaqələndirilməsi üzrə təmas qrupunun 25-ci iclası keçirilib.
Vladislav Kosinyak-Kamış hesab edir ki, bu, belə formatda keçirilən sonuncu iclas ola bilər, çünki Ağ Evdəki yeni administrasiya Kiyevi dəstəkləməyə yanaşmasını dəyişə bilər.