25 Yanvar 16:20
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib.

Teleqraf.com xəbər verir ki, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun dağlıq ərazidə qalan meyiti aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, 32 yaşlı H. Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Onun Vətən müharibəsi qazisi olduğu bildirilir.

***

09:40

Zaqatalanın Axaxdərə kənd sakininin dağlıq ərazidə ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf.com hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, kənd sakini Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və bu zaman əlindəki ov silahından atəş açılıb.

Zaqatala Rayon Prokurorluğunda fakta görə cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər