Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkan yerli vaxtla saat 16:57-də qeydə alınıb.
Zəlzələ 62 km dərinlikdə baş verib.