Azərbaycan Respublikasının Prezidenti Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Samanta Mostinə məktub göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda qeyd olunub:
“Hörmətli xanım General-Qubernator.
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.