Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Xaçmaz şəhərində 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşın barmağında sıxılaraq qalmış üzüyün müvafiq vasitələrlə çıxarılması təmin edilib.