Ötən il 41 nəfər mina və hərbi sursat partlayışlarının qurbanı olub. Onlardan 5 nəfəri həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında səsləndirib.
O qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.