Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev kollegiya iclasında deyib.
O bildirib ki, 2024-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
"1 may 2020-ci il tarixdən hazırkı vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayəti açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərib (31-i üzrə ittiham hökmü çıxarılıb) 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır", - deyə Baş prokuror söyləyib.