27 Yanvar 10:13
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən “Keşlə bazarı”nın “Eurohome” tikinti materialları bazarında xüsusi inşa edilən sahəyə köçürülməsinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, artıq bazardakı əşyalar və məhsullar yeni bazara yerləşdirilir.

Bu gün səhərdən etibarən bazar bağlanıb, gələn alıcılara artıq buranın fəaliyyət göstərməyəcəyi deyilir.

Satıcılar bildirirlər ki, bazardan daşınan məhsulların böyük hissəsi “Eurohome”a, bəziləri isə “50 qəpik” deyilən əraziyə daşınır.

Qeyd edək ki, bazar Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər