27 Yanvar 10:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilmiş 122 qərar ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında deyib.

O əlavə edib ki, hesabat dövründə müvafiq təşkilatlar, fiziki və vəzifəli şəxslər tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də onları qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror təsir tədbiri qismində 4097 təqdimat verilib, 626 xəbərdarlıq edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər