29 Yanvar 10:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədov bələdiyyə seçkisində səs verib.

Teleqraf.com xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail Seçki Dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.

Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparır. 685 bələdiyyə üçün 8071 üzv seçiləcək. Seçkilərdə 24 siyasi partiya iştirak edir.

Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər