Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.
Teleqraf.com xəbər verir ki, Baş prokuror 15 saylı Yasamal 1-ci seçki dairəsinin 15 saylı məntəqəsində səs verib.
Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparır.
Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 625 nəfər səsvermə hüququna malikdir.