12:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ana, uşaq sağlamlığı bizim üçün əsasdır. Sağlam doğuşla bağlı həkimlərə bonuslar veriləcək"

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

O bildirib ki, hamilə qadınların normal şəkildə doğuşla sonlandırılması istiqamətində işlər aparılır: “Tibbi müəssisələrə müraciət edən insanlar haqqında məlumatlar toplanılır. Bəzi məntəqələr uyğun məsafədə yerləşməyib. Gələcəkdə insanlar biləcək ki, hansı ailə həkiminə tabedir. Ailə həkimliyi ilə bağlı işlər rəqəmsal formada olacaq. Bu işdə bizə kənar dəstəklər lazımdır. Kadr məsələlərinin həllində Səhiyyə Nazirliyi ilə birgə işlər görülür”.

O həmçinin qeyd edib ki, İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfindəki 35 ilkin tibbi xidmətin 150-yə çatdırılması nəzərdə tutulur.

"Bərdə rayonundakı pilot layihədə bu, 83-ə çatdırılacaq" - İsa Əliyev qeyd edib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər