29 Yanvar 14:17
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara sakini 101 yaşlı nənə bələdiyyə seçkilərində iştirak edib.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Diyarova Məryəm Dadaş qızı səhhətində yaranan problemlərə görə 79 saylı Astara seçki dairəsinin 31 saylı məntəqəsinə gedə bilməyib.

Buna görə də seçki məntəqəsinə müraciət edərək səyyar seçki qutusunun evinə gətirilməsini istəyib. Nənənin müraciətinə əsasən, seçki qutusu Məryəm xanımın evinə gətirilib.

“İndiyə kimi bütün seçkilərdə iştirak etmişəm. Allah ömür versə bundan sonra da iştirak edəcəm. Bu dəfə səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Xahiş etdim ki, daşınan seçki qutusunu evimə gətirsinlər. Layiqli namizədə səsimi verdim və ümid edirəm ki, bu seçim ölkəmizin gələcəyi üçün müsbət dəyişikliklərə səbəb olacaq. Seçkilərin nəticələrinin hamımız üçün xeyirli olacağına inanıram”, - deyə Məryəm Diyarova bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər