Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Saytların dil mənzərəsi” mövzusunda apardığı monitorinqi yekunlaşdırıb.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı mətbuat konfransı keçiriləcək.
İnstitutun aparıcı elmi işçisisi Təranə Şükürlünün sözlərinə görə, ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrinə həsr edilmiş konfrans 13 mart saat 12-də AMEA-nın binasında təşkil olunacaq.
Naibə QURBANOVA