3 Aprel 2015 12:39
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” kampaniyasına beynəlxalq ictimai, mədəni-humanitar dəstək xarakterli yeni layihənin icrasına başlayır.

ADTGT-dən Teleqraf.com-a verilən məlumata görə, şuranın maliyyə dəstəyi ilə 2015-ci ilin aprel- iyun aylarında icra olunacaq. “Şuşaya Azadlıq” kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısı adlanan layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan, tarixi, milli abidələri dağıdılan qədim Azərbaycan şəhəri, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşa şəhərinin – zəngin mədəniyyət mərkəzinin işğal həqiqətlərini dünyaya çatdırmaqda, Şuşa mədəni irsinə yönələn dağıdıcı hərəkətlərin dayandırılmasında, bu sahədə ədalətin bərpasında xarici ölkələri, onların QHT-lərini, mədəniyyət xadimlərini, əcnəbi tərəfdaşları birgə silsilə fəaliyyətlərə və təbliğat işlərinə cəlb etməkdən bəhs edir.

Layihə çərçivəsində bu ilin may ayının 1-ci həftəsində Azərbaycana 23 xarici ölkə QHT rəhbərinin səfəri, səfər daxilində əcnəbi tərəfdaşların müxtəlif hökumət və QHT-lərdə görüş və müzakirələr keçirməsi, Şuşa ictimaiyyəti ilə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Şuşa mədəni irsi ilə yaxından tanış olması və Bakıda yüksək səviyyəli beynəlxalq toplantının keçirilməsi nəzərdə tutulur.

“Mədəni irsi qoruyaq – sülhlə gələcəyi təmin edək” devizi altında keçiriləcək “Şuşaya Azadlıq” kampaniyasının xarici tərəfdaşlarının Toplantısı yekunda Bakı Bəyannaməsini qəbul edəcək və əcnəbi QHT-lərin daxil olacağı beynəlxalq ictimai dəstək koalisiyasını təsis edəcəkdir. Qurulucaq beynəlxalq ictimai dəstək koalisiyası “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının silsilə fəaliyyət istiqamətlərinin və gələcəkdə müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulan tədbirlərin daxil ediləcəyi iş planı hazırlayıb qəbul edəcəkdir.

BƏXTİYAR


Müəllif: