7 Aprel 2015 13:30
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın 3 gün ərzində ölkə ərazisində havanın temperaturu getdikcə yüksələcək, bəzi yerlərdə 24 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Aprelin 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacaq.


Müəllif: