9 Aprel 2015 00:20
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir. Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, belə tədbirlərdən biri də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

2015-ci il aprelin 1-i tarixinə borclu vergi ödəyicilərinin ölkədən getmək hüququ müvafiq məhkəmə qərarlarına əsasən, müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyincə, bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

Qeyd edək ki, həmin şəxslərin adı nazirliyin rəsmi saytında qeyd olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər