Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, nazirliyin yaradılmasının 10 illik yubileyi münasibətilə 18 aprel 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aparatı və Su Ehtiyatları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Əməkdaşların fəallığı ilə müşayiət olunan aksiya zamanı Ceyranbatan su anbarı ətrafında böyük ərazidə təmizlik-abadlıq işləri aparılıb, 1100 sidr ağacı əkilib. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.