30 Aprel 2015 10:37
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana keyiyyətsiz dərmanların necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi və bu sahədə ortaya çıxan digər probtemlərin araşdırılması, aradan qaldırılması məqsədi ilə keçirdiyi iclas deyib.

Nazir bildirib ki, ölkəmizə gətirilən və əhaliyə satılan dərman prepalatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çalışmazlıqlar var.

Nazir bundan sonra dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd edib: «İnsanları aldatmaq olmaz. Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır. Təəslüf ki, bəzi insanlar xarici ölkələlə gedərkən özlərinə və ya yaxınlarına lazım olan dərman preparatlarını oradan alıb gətirirlər. Ona görə yox ki, həmin ölkələrdə dərmanlar daha ucuzdur. Çünki insanlar Avropa ölkələrindən aldıqları dərmanlann təsirinin Azərbaycanda satılanlardan daha effektli olduğuna və onların keyfiyyətinə inanırlar. Bu sahədə işimizi daha da möhkəmləndirməliyik ki, belə hallarla qarşılaşmayaq».

O.Şirəliyev bu sahədə problemlərin aradan qaldırılması üçün işin iki isliqamətdə qurulmasının zəruriliyini qeyd etdi: «İlk isliqamət ölkəyə gətirilən bütün dərman preparatlarının laboralor tədqiqatının yüksək səviyyədə həyala keçirilməsidir. Ekspertiza Mərkəzində dərmanların kimyəvi tərkibi yoxlanılır. Ancaq onların bioekvivalent gücünü, təsirini öyrənmək çox mürəkkəb məsələdir. Həmin tədqiqatın apanlması üçün böyük vəsait lazımdır, ancaq bu məsələnin də həlli yolunu tapacağıq. İkinci istiqamət isə dərmanlann keyfiyyətinə yerlərdə nəzarətin gücləndirilməsidir. Biz çalışacağıq ki, Analilik Ekspertiza Mərkəzinin işçilərinə ölkəmizdə fəaliyyət göslərən 700-ə qədər aptekin hər birində dərmanların keyfiyyətini araşdırmaları üçün imkan yaradılsın. Keyliyyətsiz dərmanların ölkəmizə necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır. Azərbaycanda da Avropa ölkələrində olduğu kimi ən keyfiyyətli dərmanlar satılmalıdır. Bunun üçün hər cür imkanlarımız da var».

O.Şirəliyev deyib ki, dərman preparatlarının qiymətinə nəzarət sahəsində problemlər qısa müddətdə həll ediləcək. Nazir dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini, bu isliqamət üzra vahid qiymət siyasətinin həyata keçiriləcəyini söyləyib.


Müəllif:

Oxşar xəbərlər