9 May 2015 01:53
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan mərasim keçirilib. Mərasimdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun, yerli və xarici ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin səfirliyin binasındakı büstünün önünə əkil qoyulub.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, tariximizin əbədi şöhrətinə çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev hər bir vətənpərvər azərbaycanlının qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənsevərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı vaxtda Azərbaycan ərazi bütövlüyünün pozulması problemi ilə, iqtisadi, sosial və siyasi böhranla üz-üzə qalmışdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz öz daxili problemlərini, təhlükəsizlik məsələlərini həll etdi. Onun sarsılmaz iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir müstəqil Azərbaycan beynəlxalq aləmdə nüfuz qazandı, qətiyyətli mövqeyə sahib oldu. Müasir, güclü, etibarlı və sabitliyin hökm sürdüyü Azərbaycan Ulu Öndərin xalqımıza bəxş etdiyi ən böyük mirasdır.

Diplomat qeyd edib ki, hər il Ümummilli Liderin anadan olduğu gün paytaxt Bakıda bayram ab-havası yaranır. Azərbaycan xalqı öz dahi liderini heç vaxt unutmayacaq, Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq.

Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Mərasimin keçirildiyi salonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitablar və fotosərgi nümayiş etdirilib.


Müəllif:

Oxşar xəbərlər