18 May 2015 14:24
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir".

Trend-in “Yenialanya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, son illər ərzində Azərbaycan bir çox sahədə uğur əldə edib: "Türkiyə əmindir ki, Azərbaycanda ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək".

M.Çavuşoğlu vurğulayıb ki, Ankara Azərbaycana qarşı ikili standartların tətbiq edilməsinə qarşıdır: "Türkiyə Azərbaycanı bütün fəaliyyət istiqamətlərində dəstəkləyir".

Türkiyə XİN rəhbəri həmçinin Ermənistanı Azərbaycanın zəbt edilən ərazilərini azad etməyə çağırıb: “Ermənistan-Türkiyə əlaqələrinin normallaşması yalnız zəbt edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkündür”.


Müəllif:

Oxşar xəbərlər