Vatikanın Müqəddəs Arxeologiya üzrə Papa Komissiyasının portuqaliyalı üzvü, yepiskop Karlos Azvedo öz ölkəsinin mətbuatına fəaliyyəti ilə bağlı açıqlama verib.
Yepiskop Azvedo qədim xristian irsinin qorunmasının çətin və maliyyə tələb edən bir iş olduğunu bildirib. O qeyd edib ki, vəsaitin bir hissəsi Romaya və Vatikana gələn turistlərin hesabına əldə olunur. Ancaq bu, kifayət etmir. Qədim xristian abidələrinin bərpası zamanı başqa istiqamətlərdən maliyyə vəsaitinə ehtiyac duyulur.
Portuqaliyalı din xadimi deyib: “Maraqlıdır ki, hazırda Müqəddəs Pyotr və Martsellin katakombasının bərpasını müsəlman ölkəsi olan Azərbaycan maliyyələşdirir.”