25 İyun 2015 01:12
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının növbəti iclası keçirilib. İclasda 2014/2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri, həmçinin 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub.

Teleqraf.com TQDK-ya istinadla xəbər verir ki, 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur.

Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.

İclasda həmçinin buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.

İclasda “Abituriyent” jurnalı tərəfindən dərc olunacaq və yayılacaq müxtəlif materiallar, o cümlədən elmi-metodiki vasitələr də müzakirə olunmuş və nəşrə tövsiyə edilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər