26 İyun 2015 21:27
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonundakı “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi hissənin əsgər və zabitlərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.

İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu gün Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib. Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və sursatla təchiz edilməsi üçün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ardıcıl tədbirlər həyata keçirilir. Ali Baş Komandanın müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək, əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırması Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır və onları torpaqlarımızın işğaldan azad olunmasında qələbəyə ruhlandırır.

Tədbirdə xidmətdə fərqlənən əsgər və zabitlərə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilib.

Həmçinin hərbi hissənin komandiri tərəfindən xidmətdə fərqlənən əsgərlərin ailələrinə təşəkkür məktubları göndərilib.

Tədbir “Tərtər” xalq bədii özfəaliyyət kollektivinin konsert proqramı ilə davam etdirilib.


Müəllif:

Oxşar xəbərlər