29 İyun 2015 15:12
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümlə əlaqədar əhalinin sərinləşdiriçi içkilərə də tələbatı artır. Sərinləşdiriçi içkilərin istehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə əməl olunduqda, eyni zamanda saxlanma temperaturuna, yararlılıq müddətinə əməl olunduqda qida üçün yüksək təhlükə riski daşımır. Lakin bu məhsulları günəş şüası altında və ya isti havada uzun müddət saxladıqda keyfiyyəti korlana və içdikdə zərərli təsirlərə malik ola bilər.

Dondurma və sərinləşdiriçi içkilərə tələbatı nəzərə alaraq Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ümumi qaydaya əsasən adıçəkilən məhsullara dair yoxlamalar həyata keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dövlət sanitariya nəzarəti tərəfindən 01 mart 2015-ci il tarixdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq plan üzrə və ya plandankənar həyata keçirilir.

Bu baxımdan cari ilin iyun ayında respublika ərazisində fəaliyyət göstərən 4 dondurma istehsalı sahəsində və 6 sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar həyata keçirilib.

Mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olarsa qanunvericiliyə uyğun yoxlamalar həyata keçiriləcək.

Respublikanın Baş dövlət Sanitariya həkiminin müavini tərəfindən qəbul edilmiş 21 saylı 06.07.2006-cı il tarixli qərarla əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan edilib.

Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarınıa yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməyib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər