Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb.
Dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilib. Bu reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb.
Universitetin Marketinq və Kommunikasiya şöbəsindən teleqraf.com-a verilən məlumata görə, ADİU eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olub. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti region universitetləri arasında 330-cu yerdə qərarlaşıb və TOP-500-ə daxil edilib.
Bütövlükdə Avropa universitetləri arasında UNEC 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.
SEVİL