"Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində baş verən qəza zamanı orada Azərbaycan zəvvarları olmayıb.
Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Onun sözlərinə görə, hadisə baş verən vaxt Azərbaycan zəvvarları və onları qarşılayan nümayəndəliyin üzvləri Mədinə şəhərində olublar.
Qeyd edək ki, "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb. Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.
Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.
Xatırladaq ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.