Almaniyadan Bakıya gələn Hacı Nuran oktyabrda əməliyyat olunacaq.
Teleqraf.com xəbər verir ki, aparıcı bu haqda “5-də 5” verilişində məlumat verib. O, qeyd edib ki, sentyabrın 15-də tranplantasiya olmalı idi, amma analizin nəticəsi pis olduğu üçün həkimlər əməliyyata icazə verməyiblər:
“Üç ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Həkimlər beş il ərzində müalicə olunmalı olduğumu bildirmişdilər. Bu dəfə müalicə üçün Almaniyaya gedəndə əlavə problemlər yarandığına görə həkimlər xəstəxanadan buraxmadılar. Əməliyyat oktyabrda olacaq. Əməliyyata böyük məbləğ lazım idi. Ölkə başçımız dəstək oldu”.
Rəqsanə