16-17 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiənin Vəzifələri üzrə Dialoqunun ”Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda 8-ci yüksək səviyyəli görüşü keçiriləcək.
Tədbirdə Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, o cümlədən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev iştirak edəcək./APA