Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təşkilatçılığı ilə “Hepatitin qarşısını al! Bu sənin işindir!” tədbiri keçirilib.
BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə BDU THİK sədr müavini Eltac Cəbiyev, Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (İFMSA) Azərbaycan nümayəndəliyi olan AzərMDS-in prezidenti Nərminə Ələkbərova, fizika fakültəsi üzrə THT sədri Röya Novruzzadə və digər tələbələr iştirak edib.
Eltac Cəbiyev universitetdə bir çox mövzulara həsr olunan layihələrdən danışıb. Nərminə Ələkbərova “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin fəaliyyətindən söz açıb.
IV kurs tələbəsi Nərmin Hüseynli tələbələrə hepatit xəstəliyi barədə sosial əhəmiyyətli məlumatlar verib. Sonda mövzu ilə əlaqədar tələbələri maraqlandıran suallar cavablandırılıb.
SEVİL