14 Dekabr 2015 10:55
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Region Beynəlxalq Analitik Mərkəz İB-yi keçən parlament seçkilərinə həsr edilmiş ictimai müzakirə təşkil edib. Tədbirdə parlament seçkilərinə qatılmış namizədlər, müstəqil ekspertlər, media nümayəndələri və QHT təmsilçiləri iştirak edib.


Tədbirdə deyilib ki, bundan öncə və indiki tədbirlərin və ictimai-siyasi debatların keçirilməsində əsas məqsəd 2015 parlament seçkiləri haqqında doğru və dürüst məlumatların yayılması, maraqlı siyasi tərəflərin və neytral ekspertlərin iştirakı ilə ictimai-siyasi debatların təşkil olunması, seçkidən əvvəl və seçki prosesi eləcə də seçki sonrası mühit haqqında müzakirələrin aparılması olub.

Qeyd olunub ki, ictimai birlik seçki öncəsi sosial şəbəkələr üzərindən azad və demokratik seçkilərin keçirilməsinə yardım edən yazılar paylaşıb, internet televiziyada ictimai-debatlar təşkil edib və məqsəd ölkədə seçki mədəniyyətinin formalaşdırılmasına töhvə vermək olub.

Tədbirdə Razi Nurullayev 2015 parlament seçkiləri haqqında danışaraq seçkilərin hər bir ölkənin ictimai-siyasi həyatında olduqca mühüm amil olduğunu, eyni zamanda demokratiyanın bir ifadəsi, göstəricisi olduğunu vurğulayıb. Hər bir dövlət üçün seçki prosesi olduqca çətin, məsuliyyətli və ağır bir prosesdir deyən Razi Nurullayev xüsusilə də, Azərbaycan kimi gənc bir dövlət üçün bu prosesin daha da məsuliyyətli olduğunu bildirib.

Qeyd edək ki, "Parlament seçkilərində seçicilərin fəallığının artırılması və maraqlı tərəflərin iştirakı ilə ictimai debatlar" layihəsi çərçivəsində keçirilən müzakirə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib və yekun tədbir olub.


Müəllif:

Oxşar xəbərlər