Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 17-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işləri aparılan müddətdə Yevlax rayonunun Xaldan və Qarxun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.