14 Mart 2016 14:28
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası alt komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün martın Fransaya gedəcək.

Teleqraf.com xəbər verir ki, qurumun Sosial komitəsinin Parisdə keçirilən iclasında insan hüquqlarının qorunması ilə bağlı etik məsələlər, çirkli pulların yuyulmasına qarşı mübarizə, ictimai sağlamlıqla əlaqədar beynəlxalq vəziyyətin idarə olunması və digər mövzular ətrafında müzakirələr aparılacaq. Sevinc Fətəliyeva AŞPA komitəsinin iclasında “Gənclər və uşaqların radikallaşmasının qarşısının alınması” mövzusunda hazırladığı məruzəni müzakirəyə təqdim edəcək.

Daha sonra deputatımız Strasburq şəhərinə yola düşəcək, Uşaqlara qarşı zorakılığın önlənməsi qrupunun iclasında iştirak edəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər