Türkiyənin "Sabah" qəzeti Ankaradakı terror aktında əli olduğu ehtimal edilən qadın Səhər Çağla Dəmirin fotosunu yayımlayıb.
Xatırladaq ki, bu gün "Sözçü" qəzeti Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adını açıqlayıb.
Qəzetin məlumatına görə, terrorçu-intiharçının PKK terror təşkilatının üzvü S.Ç.Dəmir olduğu ehtimal edilir.
Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.
Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb.
Samir