23 Mart 2016 16:16
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz tətilinin 4 günü ərzində Qəbələyə 1500-ə yaxın yerli və xarici turist gəlib.

Rayon mədəniyyət və turizm şöbəsindən Teleqraf.com-a bildirilib ki, bayram günlərində Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, İran, Gürcüstan, Ukraynadan olub.

Qarşıdakı 4 gün ərzində daha 1000 nəfərin istirahət etmək üçün Qəbələyə gələcəyi gözlənilir. Artıq bəzi otellərdə bir çox otaqlar əvvəlcədən sifariş olunub. Bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub.

Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir.

Həmin obyektlərdən 19-u beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər