31 Mart 2016 17:06
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 30-da Türkiyə Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin Bakı şəhərindəki ofisində sahibkarlarla Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyi arasında keçirilən görüşlə bağlı bəzi kütləvi informasiya vasitələrində yayımlanan xəbərlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin fikirləri yanlış şərh olunaraq “bəzi yerli malların vergi, rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlanıb hökumətə təqdim olunub” kimi açqlama verdiyi iddia olunub.

Bu barədə Teleqraf.com-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DGK sədri Aydın Əliyev verilən təkliflərlə bağlı qeyd edib ki, komitə yerli istehsalı qorumaq və inkişaf etdirmək məqsədilə Azərbaycanda istehsal edilən məhsullar üçün nəzərdə tutulan xammalın gömrük vergi və rüsumlarının azaldılması, ölkədə istehsal olunan, lakin xaricdən gətirilən eyniadlı məhsullar üçün isə gömrük vergi və rüsumlarının artırılması barədə təkliflərini hazırlayaraq hökumətə təqdim edib.

Komitə Aydın Əliyevin həmin tədbirdə səsləndirdiyi fikirlərin video görüntülərini təqdim edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər