22 Aprel 2016 15:59
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumu keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, üç gün davam edəcək Forumda yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Forumda iştirak etmək üçün Liviya Parlamentinin Nümayəndələr Palatasının üzvü Galal El-Şuheyhdi, Sloveniyanın keçmiş prezidenti Danilo Türk, İspaniyanın keçmiş baş naziri Jose Luiz Rodrigue Zapatero, Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Dominique de Villepin və Türkiyənin Avropa Birliyi üzrə keçmiş naziri Egemen Bağış Bakıya səfər edəcək.

Azərbaycan prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 apreldə Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər