14 May 2016 14:11
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər bir yenilik yaxşıdır. Mənə elə gəlir ki, bu, işin xeyrinə olar”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin sabiq rektoru, 1992-ci ildə Prezidentin səlahiyyətlərini qısa müddətə icra edən professor Yaqub Məmmədov Tibb Universitetində son rektor dəyişikliyinə münasibət bildirərkən deyib.

Y.Məmmədov yeni rektor Gəray Gəraybəyli ilə tanışlığı haqqında danışarkən bildirib ki, tibb sahəsində kim varsa, hamısını tanıyır: “Təbii ki, yeni rektoru da tanıyıram. Bizim universiteti bitirib. Çox yüksək mədəniyyəti, qabiliyyəti və istedadı olan gənc kadrdır. İndi ölkədə gəncləşmə siyasəti gedir və gənc kadrlardan istifadə olunur. Əminəm ki, bu, işin xeyrinə olar. Uzun müddət bir vəzifədə eyni adamlar oturmamalıdır. Dəyişikliklər, yeniliklər olmalıdır. Mən prezidentin bu siyasətini dəstəkləyirəm”.

Ali Sovetin sabiq sədri bildirib ki, Gəray Gəraybəyli onun tələbəsi olub: “Tələbəm olub. Mənim vaxtımda universitetə qəbul olub, oxuyub və universitetdə mən saxlamışam. Yaxşı oxuyub, özünü yaxşı göstərib. Ona görə də, Elmi Şuranın qərarı ilə aspiranturada saxlamışıq. Sonra müdafiə edib, professor, kafedra müdiri olub. Özünü yaxşı mütəxəssis olaraq göstərib. Yaxşı alimdir”.

Y.Məmmədov əlavə edib ki, Tibb Universitetinin əvvəlki rektoru da pis işləməyib: “Gərək haqqına deyəsən. Hər yeni gələn rektor yenilik gətirməlidir. Əminəm ki, belə də olacaq. Hər halda yenilik köhnəliyi inkar etmədən həyata keçirilməlidir. Hər şeyin üzərindən xətt çəkib yenisini qurmaq çətin məsələdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər