20 İyul 2016 22:38
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini Elnur Təmrəzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Təmrazov tutulub.

O, Bakı şəhər sakini S.H-ya (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 1200 ABŞ dolları alarkən yaxalanıb.

Hakim Samir Əliyevin sədrliyi ilə Elnur Təmrazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məlum olub ki, Elnur Təmrazov əvvəllərdə məhkum olunub.

Hazırlıq iclasında məlum olub ki, cinayət işinin ibtidai istintaqı zamanı bəzi qaydalara əməl edilməyib. Bu səbəbdən hazırlıq iclası başa çatdırılmayıb və cinayət işi üzrə materiallar yenidən istintaqa qaytarılıb.

Hacı Zeynalov


Müəllif: