Gəncə şəhərində intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Allahverdiyev özünü yaşadığı evdə asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Daha bir intihar hadisəsi Şabran rayonunda baş verib. Rayonun Daşlıyataq sakini, 2005-ci il təvəllüdü Elnur Mütəllimov özünü asıb. 6-cı sinif şagirdi olan Elnur Mütəllibovun intiharının səbəbləri araşdırılır.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov