13 Aprel 2019 16:42
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 12-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindəki tikintisi başa çatmamış evlərin birindən 70 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlanıb.

15-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zabrat qəsəbə sakinləri V.Əzimov, Z.Hənifəyev və A.Ağabalayev saxlanılıblar.

Şəxsi axtarış zamanı hər üçündən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 evdən elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov