19 Sentyabr 2019 13:12
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Tufan Qurbanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Tufan Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin fevralın 11-də paytaxt sakini Tufan Qurbanov 1979-cu il təvəllüdlü həyat yoldaşı Lalə Qurbanovanı boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Tufan Qurbanov saxlanılıb.

O, istintaq verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib.

Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

İstintaq orqanı tərəfindən Tufan Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov