22 Sentyabr 2014 13:56
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şamaxı şəhərində baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər.

Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: