Bakının Yasamal rayonunda bir neçə gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirilməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də A.Şərifzadə küçəsində tapılmış meyitin Gürcüstan vətəndaşı Faiq Cəfərov olması müəyyən edilib.
Hacı Zeynalov