Bu gecə Bakıda mənzillərin birində qadın meyiti tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1935-ci il təvəllüdlü Bağırova Pəri Yaqub qızı bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.
P.Bağırovanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:19-da başa çatıb.