15 Aprel 2019 20:14
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də Strasburqda AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsi hollandiyalı deputat Mart van de Venin məruzəsi əsasında özünün sayca 2279- cü qətnaməsini , "Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya" adlı sənədini qəbul etdi.

Mart van de Venin məruzəsinin qısa icmalı belədir ki , Avropa Şurası 2018-ci ildə AŞPA-da Müstəqil İstintaq Qrupu adlı təsisatın AŞPA üzvləri barədə "korrupsiya ittihamları üzrə hesabatın” əks olunduğu faktlardan narahat imiş.

Mənzərə oxucularımıza tam aydın olsun deyə detallı yazıram : Avropa Şurası AŞPA-nın 2017 cü ildə öz daxili prosedur və etik qaydalarının pozulması ilə dəyişdirdiyi reqlament qaydalarının əsasında formalaşan “ Müstəqil İstintaq Qrupu “ adlı surroqat təsisatının , 2018 ci ildə kənar dairələrin etibarlılığı şübhə doğuran məlumatları əsasında qəbul etdiyi hesabatından narahat olub.

Birincisi, AŞPA- da reqlament qaydaların dəyişdirilməsi əvvəlcə alt komitələrdə üzv ölkələrlə müzakirə olunmalı, razılaşdırılmalı və daha sonra acıq səsverməyə çıxarılmalı və bu yolla dəyişdirilməlidir. Ancaq reqlament qaydalarının dəyişdirilməsi digər mövzuların , siyasi mövzuların müzakirəsi və qərar qəbulu üçün lazım olan, sadəcə, hesabat sonrası səsvermə və yetərsay əsasında aparılmışdır ki , bu, AŞPA nın 2017 ci ildə qəbul edilmiş mövcud prosedur qaydalarına zidd idi.

İkincisi, AŞPA da siyasətçilərdən ibarət “ Müstəqil İstintaq Qrupu “ müvafiq səlahiyyəti olmayan, müxtəlif maraqlı dairələrin sifarişi əsasında hazırlanmış qərəzli və şübhəli məlumatlarla dolu “Landromat: korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə” adlı hesabata istinad etmişdir.

Məhz belə şübhəli hesabatın əsasında Avropa Şurası narahat olmuş və AŞPA- nın son qətnaməsini qəbul olunmasında təşəbbüskar olmuşdur.

Onu da qeyd edim ki, M. de Ven AŞPA - nın bu sessiyasında qəbul edilmiş digər bir hesabatın da müəllifidir. AŞPA- da aprelin 8 də təqdim olunan, qurumun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasına dair qərarı sadələşdirmək üçün reqlament qaydalarının dəyişdirilməsi və yeni təcili prosedur qaydasının tətbiqi hesabatının həmmüəllifidir.

Qayıdaq Avropa Şurasının narahat olduğu mövzuya : Eyni mövzu üzrə martın 4-də OCCRP Rusiyada Ruben Vardanyan başda olmaqla Ermənistan və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması- Troika sxemi üzrə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında yazı dərc etmişdir və bu yazı dünyanın müxtəlif ölkələrin lokal medialarında və dünyada nüfuzlu media qurumlarında tirjlandı.

Belə KİV- lərdən biri də Maltanın “The Shift” nəşri idi, yazının dərcindən iki gün sonra “The Shift”-in redaksiyasına Ruben Vardanyanın maraqlarını müdafiə edən , Londonda mənzillənən Britaniyanın “Simons Muirhead & Burton” hüquq şirkətindən məktub daxil olur . İrad və hədlərlə dolu məktubda R. Vardanayanın maraqlarını müdafiə edən “ Simons Muirhead & Burton “ şirkəti “The Shift” – in redaksiyasından müştərilərinin işgüzar nüfuzuna xələl gətirən bu yazını silməyi tələb edirlər. Əks halda hüquq şirkəti “The Shift” -i məhkəmə yolu ilə iri cərimələr tətbiq olunacağı ilə hədələyirlər. Aydın məsələdir ki , “The Shift” bundan imtina edir və yazını silmir.

Hüququn aliliyi, ifadə və fikir azadlığı bu qədər mühafizəkar qorunan İngiltərədə “Simons Muirhead & Burton” da daxil hər hansı bir qurumun öz müştərisinin maraqlarını qorumaq naminə məhkəməyə deyil, birbaşa media qurumuna müraciət etməsi özü bir cəsarətli addımdır . Bu mövzunu qəlizləşdirən isə “The Shift”-dən yazının silinməsini tələb edən şirkətlə partnyor qurumun narahatlığına səbəb olmuş hesabatın əsasını təşkil edən sənədin istinadla dərci idi.
Yəni “The Shift” dərgisi OCCRP – inin Troika pulyuma sxemi haqqında yazısını , elə “Simons Muirhead & Burton” - un bir çox hüquqi məsələlərdə əməkdaşlıq etdiyi Avropa Şurasına və OCCRP-nın hesabatına istinadən vermişdir.

Daha aydın yazsam , Avropa Şurasının ( Avropa İnsan Haqqları Məhkəməsi də daxil ) əməkdaşlıq etdiyi hüquq şirkəti , müstəqil media qurumundan OCCRP-nın Troika pulyuma sxemi haqqında hesabatının silinməsini tələb etmişdir.


Müəllif: Yeganə Hacıyeva