6 May 2022 11:05
14 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə fiziki baxımdan ən çox itki verən ölkələrdən biri də Ukrayna olub. 1.650.000 hərbçi və 5.200.000 mülki vətəndaş olmaqla, 7 milyona yaxın ukraynalı müharibənin gedişində həyatını itirib. Ukrayna II Dünya Müharibəsində, faşizmə qarşı mübarizədə ən çox itki vermiş ölkələr sırasında dünya dövlətləri arasında ilk 5-likdə təmsil olunur.

Amma II Dünya müharibəsində qazanılan qələbənin ildönümü Moskvada, Qızıl Meydanında Rusiyanın qələbəsi kimi qeyd edilir. Rusiya hər il bu mərasimi müəllif qismində öz paytaxtında qeyd etməklə II Dünya müharibəsindəki qələbəni mənimsəməyə çalışır. Buna Rusiyanın mənəvi haqqı yoxdur. İndiki halda isə bunu ümumiyyətlə haqq etmir. Ən azı ona görə ki, bu gün Ukrayna yenə də faşizmin qurbanına çevrilib, faşizmə qarşı vuruşur. 5 milyona yaxın ukraynalı qaçqın, didərgin durumuna düşüb, minlərlə ölən-itən var. İşğalçı, faşizm ruhunun daşıyıcısı rolunda isə Rusiya çıxış edir. Bu mərhələdə Rusiya hansı mənəvi haqla faşizm üzərində qələbəni qeyd edir?

II Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında hər bir ölkənin, respublikanın öz payı var. 15 sovet respublikasından hər biri öz gücünə görə təmsil olunub. Azərbaycanın payı isə hər kəsdən çoxdur. Əhalisinin az olmasına baxmayaraq, II Dünya Müharibəsinə 600 min Azərbaycanlı qatılıb. Onlardan təribən 300 min nəfəri öz həyatını itirib. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70–75%-i, benzinin 85–90%-i Azərbaycanın payına düşürdü. 1941–1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Amma bu gün hər kəs bir yana qalıb, qələbə gününü Rusiya öz paytaxtında gerçəkləşdirir.


Müəllif: Müşfiq Ələsgərli