9 Dekabr 2014 02:29
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT 2015-cü ildə humanitar proqramları gerçəkləşdirmək üçün donor dövlətlərdən 16,4 milyard dollar istəyib.
Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunan vəsait silahlı münaqişələr və təbii fəlakətlərdən əziyyət çəkənlərə yönəldiləcək.
Vəsaitin 40% Suriya üçün nəzərdə tutulub. BMT-nin hesablamalarına görə, bu ölkədə 18 milyondan çox insan münaqişə bölgəsində yaşayır. Daha çox yardıma ehtiyacı olanlar siyahısına Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Əfqanıstan, Konqo, Somali, Myanma, Ukrayna, Yəmən və Fələstin muxtariyyəti də daxildir.

Müəllif: